DÜNYA


Barselona Avropada 5G rabitə şəbəkəsinə keçən ilk şəhər olacaq

Madrid, 14 yanvar, AZƏRTAC 

Barselona şəhərinin rəhbərliyi 5-ci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında maraqlıdır.

AZƏRTAC xəbər verir ki, yaxın aylarda Avropa Komissiyası qitənin bir neçə şəhəri tərəfindən verilən təklifləri araşdıracaq. Barselona meriyasının iqtisadi məsələlər üzrə departament rəhbəri Xerardo Pisareo hesab edir ki, bu şəhər bütün Cənubi Avropanın texnologiya mərkəzi ola biləcək gücdədir.

Barselonanın hər il Ümumdünya Mobil Texnologiyalar Konqresinə ev sahibliyi etməsi 5G texnologiyasının məhz bu şəhərdə ilk test olunmasına şərait yaradır. Konqresin direktoru Karlos Qrau da bu ideyanı dəstəkləyir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.