İDMAN


“Barselona” klubu Filipe Koutinyonu satmağa razılıq verib

Bakı, 9 fevral, AZƏRTAC

“Barselona” ən bahalı transferlərindən biri Filipe Koutinyo ilə yollarını ayırmaq qərarına gəlib.

AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, braziliyalının son vaxtlar oyunu qənaətbəxş olmadığı üçün klub rəhbərliyini bu addımı atmağa məcbur edib.

Katalonya təmsilçisi Koutinyonu cari mövsümün əvvəlində “Liverpul” komandasından 160 milyon avroya transfer edib. O, “Barselona”nın heyətində cari mövsüm 20 oyunda meydana çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.