İDMAN


“Barselona”nın futbolçuları “Olimpik Lion”un qapısına 5 qol vurublar

Bakı, 14 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 14-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Fransanın “Olimpik Lion” komandası səfərdə İspaniyanın “Barselona” komandasını qəbul edib. Parisdə oynanılan ilk görüşdə İspaniya təmsilçisi 0:0 hesabı ilə heç-heçə elədiyi üçün cavab qarşılaşması “Barselona”nın ardıcıl hücumları şəraitində keçib. Sürətli idman mübarizəsinin yaşandığı görüş Kataloniya təmsilçisinin 5:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində Lionel Messi (18 penalti, 78), Filip Koutinyo (31), Osman Dembele (90) və Gerar Pike fərqləniblər. Qonaqların təsəlli qolunu Tousart (58) vurub. Bu qələbə sayəsində “Barselona” iki oyunun nəticəsinə əsasən qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Onların növbəti rəqibi martın 15-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.