CƏMİYYƏT
Baş Prokurorluğun #maariflənək həştəqi ilə təqdim etdiyi videoçarxda torpaq alqı-satqısı zamanı qanunsuz hallarla bağlı vətəndaşlarımıza müraciət edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət sahələri ilə əlaqədar vətəndaşları narahat edən məsələlərin prokurorluq əməkdaşları tərəfindən maarifləndirici videoçarxların vasitəsilə #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması işi davam etdirilir.
İctimaiyyətə təqdim olunan növbəti videoçarxda torpaq alqı-satqısı zamanı qanunsuz hallarla bağlı vətəndaşlarımıza müraciət edilib.
Videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından izləmək mümkündür.