CƏMİYYƏT


Baş Prokurorluq Ermənistan ordusunun ərazilərimizi minalaması səbəbindən həlak olan və yaralanan mülki şəxslərlə bağlı infoqrafika hazırlayıb

Bakı, 10 mart, AZƏRTAC

Ermənistan hərbi birləşmələrinin törətdikləri cinayətlərə dair məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən işğaldan azad edilmiş ərazilərdə noyabrın 10-dan hazırkı vaxtadək minaya düşmələri nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslər barədə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Azərbaycan, rus və ingilis dillərində infoqrafika hazırlanıb.

AZƏRTAC-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadla təqdim etdiyi həmin infoqrafikada həmin dövrdə 10 mülki şəxsin həlak olması, 11 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması bildirilib.

Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə almadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.