CƏMİYYƏT


Baş Prokurorluq: “Kat Holdinq” MMC-in rəhbərinə qarşı cinayət işi açılıb

Baş Prokurorluq: “Kat Holdinq” MMC-in rəhbərinə qarşı cinayət işi açılıb

Bakı, 5 dekabr, AZƏRTAC

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunaraq baxılması üçün məhkəməyə göndərilmiş “Kat Holdinq” MMC-in təsisçisi və faktiki rəhbəri Ələkbərov Elçin Bəşir oğlunun Cinayət Məcəlləsinin 178.4-cü, 179.4-cü, 32.4-cü, 312.1-ci, 313-cü və 308.2-ci maddələri və həmin Cəmiyyətin direktoru İbadov Mail Məcid oğlunun Cinayət Məcəlləsinin 179.4-cü və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Elçin Ələkbərova Litva Respublikası vətəndaşı Povilas Pociusa məxsus 3 milyon 520 min 763 manat (2.070.745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsinə, habelə təqsirləndirilən şəxslər tərəfindən “Kat Holdinq” MMC-yə məxsus olmaqla onlara etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1 milyon 900 min 128,68 manat məbləğində pul vəsaitinin 1 milyon 569 minin 404,68 manatının mənimsənilməsinə və digər cinayət əməllərinə görə ittihamlar irəli sürülüb.

Cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə təqribən 5,9 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulmuş və hazırda dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Tərəfimizdən bildirilir ki, qeyd olunan cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəzifəli şəxslərinin həmin cinayət əməllərinin törədilməsində iştirakı, eləcə də Agentliyə məxsus pul vəsaiti və ya əmlakın ələ keçirilməsi halları müəyyən edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.