Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş Prokurorluqda ilin birinci yarısının yekunları ilə bağlı videokonfrans rejimində əməliyyat müşavirəsi keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də prokurorluq orqanları tərəfindən bu ilin birinci yarımilində “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və tabe qurumların müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, beynəlxalq müstəvidə müşahidə olunan geosiyasi və geoiqtisadi mənzərənin mürəkkəbliyinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə miras qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uğurla transformasiya edilmiş zəngin dövlətçilik ənənələrinin ölkə həyatının hər bir sahəsinə sistemli şəkildə tətbiqi nəticəsində bu gün müasir Azərbaycan zamanın bütün aktuallıqları ilə ayaqlaşmaqdadır. Başlıca qayəsi əhalinin ümumi rifahına hesablanmaqla çeviklik, şəffaflıq və səmərəlilik prinsipləri üzərində bərqərar olunmuş bu ənənələr milli dövlət idarəçiliyində aparılan islahatlara adekvat yanaşmanı təmin etməklə yanaşı, tarixi təcrübə ilə günün tələblərinin vəhdətini təşkil etməkdədir.

Vurğulanıb ki, istinad edilən bu müsbət tendensiya bəşəriyyətin mübarizəsinə səfərbər olduğu COVID-19 virusunun yayıldığı 2020-ci ilin birinci yarımilində də səngiməmiş, əksinə yüksələn xətt üzrə inkişaf edərək ölkəmizin ictimai-siyasi həyatındakı əsas istiqamətlərdə daha aydın şəkildə təcəssüm edilib. Pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi günlərində vətəndaşların Konstitusiya ilə təsbit edilmiş sağlamlığın qorunması hüququ etibarlı şəkildə təmin olunub, dövlətimizin başçısı ilə yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öz müraciətləri və əməli tədbirləri ilə nümayiş etdirdiyi həmrəylik, diqqət və qayğı xalqımızda qürur və sağlam gələcəyə inam hissi aşılamaqla, cəmiyyətimizi ümumbəşəri hal almış bu bəla ilə mübarizədə sıx birləşdirib. Bu müddət ərzində koronavirus pandemiyası şəraitinin milli iqtisadiyyata təsiri ölçülməklə dərhal çevik dəstək proqramları həyata keçirilmiş, aztəminatlı vətəndaşlara və sahibkarlıq subyektlərinə münasibətdə dövlət dəstəyinin daha da artırılması üçün maddi yardım, vergi güzəştləri, güzəştli kreditlərin verilməsi və digər bu kimi stimullaşdırıcı alətlərdən istifadə edilib.

Müşavirədə xüsusi qeyd olunub ki, ötən dövr milli tariximizin qızıl yaddaşına əhalinin sağlamlığının etibarlı mühafizəsi kimi həssas məsələ ilə yanaşı, Konstitusiyamızın digər ümdə vəzifəsi olan dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün etibarlı şəkildə qorunması ilə də həkk olunub. Belə ki, Ermənistanın son beş ildə üçüncü dəfə təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizə qarşı yönəltdiyi açıq qəsdlər Ali Baş Komandanın rəhbərliyi, xalqın güclü dəstəyi, qüdrətli milli ordumuzun peşəkarlığı, o cümlədən ölməz şəhidlərimizin şücaəti nəticəsində növbəti kəs dəf edilib. Təcavüzkar düşmənə yetirilən kəskin əks-həmlələr Silahlı Qüvvələrimizin qələbəsi və qarşı tərəfin təslimiyyətçi bəyanatlar verərək geri çəkilməsi ilə nəticələnib.

Çıxışında, həmçinin diqqəti hüquqi dövlətin demokratiya və hüququn aliliyi prinsiplərinin təmininə yönəldən Baş prokuror məhz bu dəyərlərin əsas atributlarından hesab edilən qanunverici orqana - Milli Məclisə cari il fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərdə çoxsaylı namizəd, siyasi partiya, təşəbbüs qrupları və müşahidəçilərin iştirakını Azərbaycanda siyasi plüralizmin sarsılmaz sütunlar üzərində durmasının növbəti bariz nümunəsi olduğunu qeyd edib.

Geniş əməliyyat müşavirəsindəki məruzəsində ölkənin ictimai-siyasi həyatında əldə edilən nailiyyətlərdə müxtəlif strateji amillərlə yanaşı, digər mühüm prioritet sahə olan cinayətkarlığa qarşı mübarizənin də önəmli payı olduğunu qeyd edən Baş prokuror Kamran Əliyev 2020-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin daha da gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, habelə "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş digər fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı islahatların keçirildiyini bildirib.

Diqqətə çatdırılıb ki, Prokurorluqda aparılan islahatlar hesabat dövründə yeni məzmunda davam etdirilib, mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılması istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamran Əliyevi Baş prokuror vəzifəsinə təyin edilməsi ilə əlaqədar videoformatda qəbulu zamanı bu mühüm dövlət qurumuna korrupsiyaya qarşı daha fəal iş görülməsini, struktur və kadr islahatları aparmaqla yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılmasını tövsiyə etməsi, eləcə də aktual mövzu ətrafında vurğuladığı digər vacib məqamlar Prokurorluq orqanlarında cari islahatların ilkin mərhələsinin təməlini qoymuşdur.

Bildirilib ki, həmin tövsiyələrdən irəli gələn vəzifələrin icrası məqsədilə 2020-ci il mayın 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair tövsiyələrinin icrası üzrə 2020-ci il üçün Fəaliyyət Planı” təsdiqlənib, prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması istiqamətində mühüm işlər görülüb.

Aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiqlənib, qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumların sayı 15-dən 18-ə çatdırılıb, habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis olunub.

Yeni strukturla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb. Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların əsasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilib, eləcə də mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.

Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni strukturuna uyğunlaşmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Bakı Şəhər Prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni strukturları təsdiqlənərək bəzi idarə və şöbələr ləğv edilməklə müasir tələblərə uyğun yeni struktur vahidləri yaradılıb, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilib.

Qeyd olunub ki, görülən işlərə paralel surətdə kadr korpusunun yenidən komplektləşdirilməsi istiqamətində işlərə də start verilib. Mayın 1-dən cari tarixədək struktur dəyişikliyi və təyinatlar, həmçinin sair məsələlərlə bağlı 703 əmr imzalanıb, 114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunub.

Dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi, prokurorluq orqanlarının kadr korpusunun 7 faizini təşkil edən qadın əməkdaşların 8 nəfəri bu qısa müddət ərzində rəhbər vəzifələrə - Baş Prokurorluğun idarə və şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

O cümlədən müşavirədə diqqətə çatdırılmışdır ki, son 3 ay ərzində aparılan islahatların nəticəsi olaraq 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin edilib, onlardan 27-si orta yaş hədləri 40 olmaqla ilk dəfə, 16-sı təkrar, 2-si isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyinat alıb. Eləcə də Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilib. Onlardan 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin ediliblər. Bununla yanaşı, Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq orta yaş həddi 36 olmaqla 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin olunub. Ümumilikdə 14 rayon və şəhər prokurorunun müavinləri dəyişilərək, müasir çağırışlara cavab verən və yüksək peşəkarlıqları ilə seçilən prokurorluq işçiləri hesabına komplektləşdirilib.

Baş prokuror Kamran Əliyev əməliyyat müşavirəsindəki çıxışında prokurorluğun fəaliyyətini tənzimləyən, icrası prokurorluq işçiləri üçün məcburi olan əmr, sərəncam, göstəriş və digər aktlarla bağlı məsələlərə də toxunub. Bildirilib ki, idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, eləcə də struktur qurumlarla rayon (şəhər) prokurorluqları arasında münasibətlərin tənzimlənməsi kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 2020-ci il 20 iyun tarixli Sərəncamla təşkil edilmiş İşçi Qrup tərəfindən Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın layihəsi hazırlanaraq, bütün struktur qurumlarda geniş müzakirəsi keçirilib, irəli sürülən təkliflər nəzərə alınmaqla təkmilləşdirilib.

Müzakirələrin nəticəsi olaraq, Baş Prokurorluğun 2020-ci il 30 iyul tarixli Kollegiya iclasında “İşin Təşkili Qaydaları” təsdiqlənib və avqustun 1-dən etibarən bütün prokurorluq orqanlarında qüvvəyə minib. Həmin Qaydaların qüvvəyə minməsi ilə əlaqədar qurum üzrə 100-dən artıq əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunub. Hazırda bu Qaydaların tələbləri rəhbər tutulmaqla, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı Şəhər prokurorluqlarında da “İşin Təşkili Qaydaları”nın hazırlanması prosesi davam etdirilməklə, ləğv olunmalı normativ sənədlərin siyahısı müəyyənləşdirilir.

Müşavirədə Baş Prokurorluğun Kollegiyasının keçirilmə formasının dəyişdirilməsi barədə məlumat verilib, onun hüquqi statusunun prokurorluqda idarəçiliyin cavabdehlik, hesabatlılıq və məsuliyyətlilik dəyərlərini özündə əks etdirən kollegial orqan kimi təsbit edildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, ilk dəfə Baş Prokurorluğun struktur qurumu olmayan, konkret vəzifələrin icrasını həyata keçirən, prokurorluq sistemində özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar olan Müsabiqə Komissiyası, İntizam Komissiyası, Etik Davranış Komissiyası və Əmək Məsələləri Komissiyasının üzvlüyünə namizədlər də məhz Baş Prokurorluğun Kollegiyasında müəyyənləşdirilib. Hazırda Elmi-Məsləhət Şurasının, Attestasiya Komissiyasının fəaliyyətinin təşkili üçün zəruri tədbirlər həyata keçirilir.

Dövlətimizin başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsi, fəaliyyət istiqamətləri üzrə iş keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, eləcə də prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə kadr korpusunun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Baş prokuror Kamran Əliyev Prokurorluqda aparılan mütərəqqi islahatların gedişi ilə bağlı ümumi vəziyyəti müşavirə iştirakçıları ilə tanış etdikdən sonra qurumun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad edib, hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, əhalinin hər 100 min nəfərinə düşən 132 cinayətin sayına görə ölkəmizin MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olduğunu qeyd edib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam edib, 2020-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,5 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5 faizi ağır və xüsusilə ağır növlər təşkil edib.

Həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtonəqliyyatın qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, cinayətlərin açılması 82,1 faiz təşkil edib. Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilib, 103 cinayətkar qrup zərərsizləşdirilib. Hesabat dövründə 2019-cu ilin birinci yarımili ilə müqayisədə 5 hadisə azalmaqla 78 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb.

Artım tendensiyası müşahidə edilən cinayətlər qəsdən sağlamlığa ağır zərər vurma 13,6 faiz, zorlama 57 faiz, narkotik vasitələrin qanunsuz dövriyyəsi 17,5 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 15,4 faiz, soyğunçuluq 4,8 faiz, quldurluq 4,2 faiz, oğurluq isə 1,3 faiz artıb ki, bu tendensiyanın səbəbləri təhlil edilməklə qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görüləcək.

Ümumilikdə ölkə üzrə cəmi 6933 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 827-si prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 349, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5070 cinayət işi ittiham aktları ilə məhkəmələrə göndərilib, prokurorluq orqanlarında 478, ümumilikdə isə 1863 cinayət işinin icraatına xitam verilib.

Respublika üzrə qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 87 milyon 691 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 52,2 faizi, yəni, 46 milyon manatı ödətdirilib.

Qeyd edilib ki, Prokurorluğun digər fəaliyyət istiqaməti kimi korrupsiya, rüşvətxorluğa qarşı mübarizə hesabat dövründə də davam etdirilərək, ixtisaslaşdırılmış prokurorluq orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3927 müraciətinə baxılıb, həmçinin 123 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 96-sı (78 faizi) üzrə cinayət işi başlanıb, 27 (22 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb olunub.

2020-ci ilin I yarımili ərzində “161-Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə korrupsiya hüquqpozmaları barədə Baş İdarəyə 2123 müraciət daxil olmuş, həmin müraciətlərin 22-si üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlər görülüb.

Bu müddətdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edib, keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 22 cinayət işi başlanıb. Baş İdarənin əməliyyat qurumları tərəfindən korrupsiya riskləri aşkarlanan, o cümlədən gömrük, vergi, sosial müdafiə və digər aktual sahələr üzrə həssas nöqtələr müəyyənləşdirilərək birbaşa və aidiyyəti dövlət qurumları ilə birgə şəkildə əməliyyat-axtarış tədbirləri keçirilib.

Bildirilib ki, bu ilin ilk altı ayı ərzində Baş İdarədə 129 şəxs barəsində 91 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 15 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 29 şəxs barəsində 24 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 7 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 10 şəxs barəsində 6 iş rüşvət alma (passiv rüşvətxorluq), 32 şəxs barəsində 19 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər faktlarla əlaqədar olub.

Baş İdarə tərəfindən məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 42 milyon 197 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 18 milyon 669 min manatın ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 1 milyon 113 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub, ümumilikdə vurulmuş maddi ziyanın 46,9 faizi ödənilib.

Cari ilin birinci yarımili ərzində Baş İdarə korrupsiya ilə mübarizədə beynəlxalq təşkilatların tövsiyələrinin, müvafiq konvensiyaların müddəalarının yerinə yetirilməsi, bu sahədə digər ölkələrin uğurlu təcrübələrinin və əldə olunmuş nailiyyətlərinin öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin, ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, habelə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və ümumilikdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq İdarəsində Respublikada böyük ictimai rezonansa səbəb olan dövlətin konstitusiya quruluşunun əsaslarının sarsıdılmasına yönələn əməllərin və digər cinayətlərin istintaqı müvəffəqiyyətlə aparılıb.

Qeyd edilib ki, İdarə tərəfindən cari ilin iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhəri, Parlament prospektində, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasında bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan əməllərin təşkil edilərək törədilməsi, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, hakimiyyət nümayəndələrinə zor tətbiq olunması, özgə əmlakının qəsdən məhv edilməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin müşavirədə qeyd edilib ki, cari ilin iyul ayı ərzində Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozularaq müharibə hüququnun əsas prinsiplərinə zidd olaraq qəsdən mülki əhalinin sıx yaşadığı ərazilər hədəfə alınıb atəşə tutulmaqla onlara qarşı müxtəlif cinayətlər törədilib və ümumilikdə mülki əhaliyə mühüm ziyan dəyib.

Bununla bağlı Baş Prokuror Kamran Əliyev mülki əhaliyə məxsus əmlaka dəymiş ziyanın müəyyənləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi və gələcəkdə zərərçəkmiş şəxslərin beynəlxalq təşkilatlar qarşısında pozulmuş hüquqlarının bərpası üçün əməli kömək göstərilməsi barədə tapşırıq verib.

Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub. Belə ki, 2020-ci ilin birinci yarımilində qeydə alınmış 78 qəsdən adam öldürmə cinayətindən 76 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 19 hadisə “isti izlər”lə açılıb. Həmin cinayətlərin açılması 97,43 faiz təşkil edib. Hazırda bağlı qalmış 2 cinayət işi üzrə tam və hərtərəfli araşdırma aparılmaqla təqsirli şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumat verilib ki, cari ilin birinci yarısında Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə birinci instansiya məhkəmələrində 4499 şəxs barəsində 3973, apelyasiya instansiyası məhkəmələrində 1390 şəxs barəsində 1181, kassasiya instansiyası məhkəməsində 667 şəxs barəsində 572 (bütün instansiya məhkəmələri üzrə cəmi 6556 şəxs barəsində 5726 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Hesabat dövründə vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb. Prokurorluq orqanları tərəfindən ümumilikdə 11 min 11 nəfər, o cümlədən Baş Prokurorluqda 1106 vətəndaş qəbul olunub. Onların müraciətlərinə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılaraq həll edilib.

Müasir tələblər reallığında ilk növbədə prokurorluq orqanlarında vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış “961 Çağrı Mərkəzi”ndə hesabat dövründə 442 müraciət qeydə alınıb. Onlardan 86-si təmin, 59-u rədd edilib, 174 müraciət müəllifinə izah verilib, 21 müraciət cinayət işi materiallarına əlavə olunub, 76-sı aidiyyəti üzrə göndərilib, 26 müraciət növbəti hesabat dövrünə qalıq qalıb.

Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 6 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Ötən müddətdə Baş Prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə məsələlərinin xüsusi əhəmiyyəti nəzərə alınmaqla mətbuat xidmətinin işi daha da təkmilləşdirilib, verilən informasiyanın daha çox oxucu kütləsinə çatdırılması məqsədilə qurumun sosial şəbəkələrdə rəsmi səhifələri açılıb.

Nəzərə çatdırılıb ki, müasirləşən informasiya axarına qoşulmaq məqsədilə Baş Prokurorluğun yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib, müasir standartlara cavab verən sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenilənib.

Eyni zamanda, qeyd olunub ki, koronavirus infeksiyasının respublikamızın ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prokurorluğu da Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqəli şəkildə qarşıya qoyulan vəzifələrin icrasında müntəzəm surətdə iştirak edir. Ötən dövr ərzində Şirvan və Naftalan şəhərlərində, Yevlax, Masallı, Goranboy, Hacıqabul, Göygöl və digər rayonlarda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə, aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və müalicə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən cəmi 802 arayışın, tibbi göndəriş vərəqələrinin verilməsi, koronavirus xəstəliyinə tutulmuş şəxslər və digərləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması, xuliqanlıq, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi və sair əməllərə yol vermiş şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanlarında 32, daxili işlər orqanlarında isə 30 olmaqla cəmi 62 cinayət işi başlanaraq, 45 nəfər barəsində həbs, 6 nəfər barəsində polisin nəzarəti altına vermə, 2 nəfər barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib, 13 nəfər barəsində 7 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 1 iş üzrə 3 şəxs barəsində ittiham hökmü çıxarılıb.

Həmçinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 7 nəfər barəsində uzunmüddətli inzibati həbs və cərimə tənbehləri seçilib.

Eyni zamanda, hesabat dövründə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən də COVID-19 pandemiyası ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən sistemli tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılıb. Müəyyənləşdirilib ki, ötən yarımildə vətəndaşlar tərəfindən Baş İdarəyə analoji hallarla əlaqədar daxil olmuş müraciətlərin 100-ü birdəfəlik müavinətin verilməsi ilə bağlı süründürməçilik, 13-ü vətəndaşların xəbəri olmadan adlarına sosial müavinətlərin və digər ödənişlərin köçürülməsinin aşkarlanması, 175-i dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının əhaliyə çatdırılmasına məsul olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri, 5-i qanunsuz olaraq sərbəst hərəkət edilməsi ilə bağlı arayışların verilməsi, o cümlədən bununla əlaqədar rüşvət tələb edilməsi, digərləri isə sahibkarlıq subyektlərinin xüsusi karantin rejimi qaydalarını pozması və cari vəziyyətdən sui-istifadə etmə halları ilə əlaqədar olub.

Bu müraciətlərə baxılarkən onların müəyyən qismi müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra hallarda cinayət işi başlanmış, digərləri nəzarətdə saxlanılmaqla baxılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilib.

Bundan başqa, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiya məhsulunun yayılması faktları aşkarlanmaqla, həqiqəti əks etdirməyən məlumatları ictimailəşdirən şəxslərə xəbərdarlıq edilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə xidməti fəaliyyətlərində qanun pozuntusu hallarına yol vermiş 10 prokurorluq işçisi barədə xidməti yoxlamalar aparılaraq, intizam məsuliyyətinə cəlb olunub. Onlardan 3 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilib, 5 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Əməliyyat müşavirəsində Baş Prokurorluğun 2020-2023-cü illər ərzində strateji inkişaf konsepsiyasının hazırlanması, Baş prokurorun qanunvericilik təşəbbüsündən geniş istifadə olunması, sosial sahədə olan problemlər araşdırılaraq Azərbaycan Prezidentinə məlumatların verilməsi, kadrların peşəkarlığının artırılması, səriştəli kadrların prokurorluqda işə cəlb olunmasına üstünlük verilməsi, prokurorluq işçiləri tərəfindən tez-tez yol verilən pozuntuların müəyyənləşdirilərək aradan qaldırılması üçün tədbirlərin görülməsi, uğurlu iş təcrübəsinin müəyyən olunması və digər istiqamətlərdə konkret tapşırıqlar verilib.

Müşavirədə Baş Prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov, Zəngilan rayon prokuroru Lalə Hüseynova, Qazax rayon prokuroru Rauf Gözəlov və Tovuz rayon prokuroru Elçin Qəhrəmanov da mövzu ətrafında və aktual məsələlərə dair çıxışlar ediblər, həmçinin müşavirənin digər iştirakçıları tərəfindən faydalı müzakirələr və fikir mübadiləsi aparılıb.

Müşavirənin sonunda əminliklə bildirilib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, 2020-ci ildə də öz səlahiyyət hədləri daxilində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar