İDMAN


Baş hakim qərar vermək üçün 8 dəqiqə videotəkrarı izləyib

Bakı, 22 yanvar, AZƏRTAC

Meksikada futbol üzrə ölkə çempionatında “Qvadalaxara” və “Toluka” komandaları arasında keçirilən oyunda qeyri-adi hadisə baş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, oyunun hakimi 80-ci dəqiqədə qonaq komandanın futbolçusunun zərbəsindən sonra topun qapı xəttindən içəri daxil olub-olmadığını müəyyənləşdirmək üçün VAR sisteminə müraciət etməli olub. VAR sistemindən istifadə edən baş hakim doğru qərar vermək üçün epizodun videotəkrarına 8 dəqiqə baxdıqdan sonra qolu qeydə almayıb. Qarşılaşma “Qvadalaxara”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Meksika çempionatında VAR sistemi ötən ilin oktyabrından tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.