İDMAN


“Başakşəhər” klubu iki futbolçusu ilə müqaviləni yeniləyib

Bakı, 18 yanvar, AZƏRTAC

İstanbulun “Başakşəhər” klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 35 yaşlı braziliyalı yarımmüdafiəçi Marsio Mossoro və 32 yaşlı italiyalı hücumçu Stefano Napoleoni İstanbul təmsilçisi ilə müqavilələrini 2020-ci ilin yayınadək uzadıblar.

Marsio Mossoro 2014-cü ildə Səudiyyə Ərəbistanının “Əl-Əhli”, Stefano Napoleoni isə 2016-cı ildə Yunanıstanın “Atromitos” klubundan “Başakşəhər”ə transfer edilib.

Qeyd edək ki, italiyalı hücumçu cari mövsümdə klubun heyətində 14 oyunda 2 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.