İDMAN
Basketbol: “Sərhədçi” klubu "AAAF Xırdalan"ı əlavə vaxtda məğlub edib
Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında XII tura start verilib.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turun açılış oyununda "AAAF Xırdalan" və "Sərhədçi" komandaları qarşılaşıblar.
"Sərhədçi" İdman Mərkəzində keçirilən matçda qalib əlavə vaxtda müəyyənləşib. "Sərhədçi" basketbolçuları parketdən 78:75 hesablı qələbə ilə ayrılaraq 20 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. 19 xalı olan "AAAF Xırdalan" isə beşincidir.
Oyunda ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Endryu Korum (21 xal, 21 ribaund), "Sərhədçi"dən isə Brendon Miller (23 xal, 7 ribaund) olublar.
Qeyd edək ki, turun digər görüşləri - "Sabah" - NTD, "Neftçi" - "Gəncə" və "Zirvə Astara" - "Olimpik Şəki" oyunları yanvarın 7-8-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]