İDMAN


Basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq

Basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq

Bakı, 28 sentyabr, AZƏRTAC

Oktyabr ayının ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq.

AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışın oyunları “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.

ABL-də “AAAF Xırdalan”, “Gəncə”, NTD, “Neftçi”, “Olimpik Şəki”, “Sərhədçi”, “Sabah” və “Zirvə Astara” güclərini sınayacaqlar.

Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcəklər. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə vəsiqə qazanacaqlar.

Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanan komanda qalib sayılacaq.

Qeyd edək ki, oktyabrın 1-də əsas çempionata hazırlıq məqsədi ilə mini turnir keçiriləcək. Oyunlar “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.