İDMAN


Basketbol üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 10 may, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən açıq paytaxt birinciliyinə yekun vurulub.

AZƏRTAC BŞGİBİ-nin saytına istinadla xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan yarışda U-16 və U-14 yaş kateqoriyasında qızların mübarizəsində “Neftçi İK” və Təhsil RİOEUGİM komandaları qələbə qazanıblar. Oğlanlar arasında isə U-12 kateqoriyasında Təhsil RİOEUGİM-in yetirmələri birinci yeri tutublar.

İlk dəfə açıq birincilikdə iştirak edən Gəncənin 1 nömrəli UGİM məktəbinin komandası (U-14 qızlar) yarışın bürünc medallarını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.