İDMAN
“Batumi Municipality Cup-2018” şahmat festivalında birinci tur oynanılıb
Bakı, 3 iyul, AZƏRTAC
“Batumi Municipality Cup-2018” IV Beynəlxalq şahmat festivalı start götürüb. “A” turnirində 10 ölkədən 37 şahmatçı, o cümlədən 11 qrossmeyster çıxış edir.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda Azərbaycan şahmatının şərəfini 5 şahmatçı – beynəlxalq dərəcəli usta Nərmin Məmmədova, FIDE ustaları Altay Eynullayev, Aydın Süleymanlı, Kənan Qarayev, habelə Teymur Bəşirov qoruyurlar.
Artıq birinci tur geridə qalıb. Teymur Bəşirov, Aydın Süleymanlı və Kənan Qarayev heç-heçə oynayıblar.
Batumi Şəhər Bələdiyyəsi Kuboku festivalının mükafatları uğrunda turnirin qalibləri iyulun 12-də müəyyən olunacaq. Yarışlar İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]