CƏMİYYƏT


“Bayraktar Akıncı” pilotsuz döyüş aparatı Türkiyədən Azərbaycana birbaşa uçuş edib VİDEO

Ankara, 22 may , AZƏRTAC

“Bayraktar Akıncı” pilotsuz döyüş aparatı “TEKNOFEST Azərbaycan” festivalına qatılmaq üçün Bakı səmasına çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin dünyaca məşhur Baykar Makina kompaniyası məlumat yayıb. Bildirilir ki, artıq 2 min kilometr uçuş etmək imkanı qazandırılan “Bayraktar Akıncı” həm “TEKNOFEST Azərbaycan”da mavi səmada məharətini göstərəcək, həm də festival çərçivəsində sərgidə nümayiş olunacaq.

Məlumatda bildirilir ki, Bakıya eniş edən “Bayraktar Akınçı” Türkiyənin Çorlu bölgəsindən səmaya qalxaraq, Gürcüstan ərazisini keçərək Azərbaycana çatıb.

Qeyd edək ki, 44 günlük İkinci Qarabağ savaşında dünya hərb tarixinə qızıl hərflərlə yeni döyüş dastanı yazan “Bayraktar Akıncı” pilotsuz döyüş aparatının üç ölkəyə ixracatı üçün satış müqavilələri imzalanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.