İQTİSADİYYAT


Bayram günlərində 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı, 16 mart, AZƏRTAC

Ölkə əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bayram günləri ərzində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Maliyyə Bazarlarına Nəzarət Palatası paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

Bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bakıda yerləşən 6 bankın 8 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bayram günlərində palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinator: Azər Quluyev

Mobil: +994 70 922 29 99

E-mail: [email protected] 

Martın 20-26-da çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az  saytında tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.