İQTİSADİYYAT


Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin heyvan sağlamlığı şöbəsi tərəfindən “Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi” layihəsi hazırlanıb.

AQTİ-dən AZƏRTAC-a verilən məlumata görə, sənəd layihəsi İnstitutun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirak etdikləri Elmi Komitədə müzakirəyə çıxarılıb. Bildirilib ki, layihənin hazırlanmasında məqsəd ölkəmizə idxal olunan baytarlıq preparatlarının, xüsusilə antibiotiklərin dövriyyəsinin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla tənzimlənməsini həyata keçirməkdir.

İlkin mərhələdə ölkəyə idxal olunan antibiotiklərin quşçuluq təsərrüfatlarında rasional istifadəsinin araşdırılması nəzərdə tutulur. Araşdırmaların nəticələri inkişaf etmiş ölkələrdə heyvanların yemlənməsində istifadəsi qadağan olunmuş baytarlıq preparatlarının ölkəmizdə heyvandarlıq təsərrüfatlarında istifadəsinə dair zəruri məhdudiyyətlərin tətbiqinə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.