İDMAN


“Bazel” - “Qarabağ” matçını xorvatiyalı hakimlər briqadası idarə edəcək

Bakı, 7 dekabr, AZƏRTAC

UEFA Konfrans Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində İsveçrənin “Bazel” komandasının qonağı olacaq Ağdamın “Qarabağ” klubunun oyununa hakim təyinatları bəlli olub.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Fran Yoviç olacaq. Ona Hrvoye Radiç və Luka Puşiç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Ivana Martinçiç yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 9-da “Sent Yakob Park”da keçiriləcək “Bazel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və səkkizdəbir finala yüksələ bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.