İDMAN


Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı davam edir

Bakı, 25 mart, AZƏRTAC

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü idmançılar halqa, top, gürzlər və lentlə final mərhələsində çıxış edirlər. Həmçinin gənc gimnastlardan ibarət qrup hərəkəti komandaları 5 ip və 5 topla çıxışlarını nümayiş etdirəcəklər. Böyüklərdən ibarət qrup hərəkəti komandaları 5 halqa və 3 lent və 2 topla proqramları təqdim edəcəklər.

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” idman klubu, Zirə və Sumqayıt üzrə ümumilikdə 53 gimnast gücünü sınayır.

Çempionata bu gün yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.