İDMAN


Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının ilk qalibləri bəlli olub

Bakı, 24 mart, AZƏRTAC

Martın 24-də Milli Gimnastika Arenasında start götürən bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü idmançılar halqa, top, gürzlər və lentlə təsnifat mərhələsində çıxış ediblər və çoxnövçülükdə qaliblər bəlli olub.

Gənclərin yarışında Nuray Əhmədzadə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Ağahüseynova yarışı ikinci, Fidan Aladinova isə üçüncü pillədə başa vurublar.

Böyük yaşlı gimnastların mübarizəsində Zöhrə Ağamirova birinci olub. Alina Gözəlova gümüş, İlona Zeynalova isə bürünc medal əldə ediblər.

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” idman klubu, Zirə və Sumqayıt üzrə ümumilikdə 53 gimnast gücünü sınayır.

Çempionata martın 25-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.