İDMAN


Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib

Bakı, 19 may, AZƏRTAC

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatında böyük gimnastlar arasında fərdi proqramda ayrı-ayrı alətlər üzrə finallar davam edir.

AZƏRTAC xəbər verir ki, artıq iki alət – halqa və topla final yarışları başa çatıb. Halqa ilə final yarışında çıxış edən təmsilçimiz Zöhrə Ağamirova altıncı olub. Yarışın qalibi adını rusiyalı Dina Averina qazanıb. Belarus gimnasti Katarina Xalkina və israilli Nikol Zelikman ilk üçlüyü tamamlayıblar.

Topla yarışlarda da Rusiya gimnastları fərqləniblər. Arina Averina və Aleksandra Soldatova müvafiq olaraq fəxri kürsünün ilk iki pilləsinə qalxıblar. Bolqarıstan gimnastı Boryana Kalein çempionatı üçüncü pillədə başa vurub.

Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.