İDMAN


Bədii gimnastika üzrə “GymBala” beynəlxalq turniri keçiriləcək

 

Bakı, 2 avqust, AZƏRTAC 

Azərbaycan Gimnastika Federasiyası yay aylarına bədii gimnastika üzrə beynəlxalq turnirlə yekun vuracaq.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, avqustun 18-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnir keçiriləcək.

İki gün davam edəcək yarışlarda fərdi proqramda 2011-2013-cü, 2008-2010-cu, 2006-2007-ci, 2003-2005-ci il, qrup hərəkətləri proqramında isə 2011-2013-cü, 2008-2010-cu, 2006-2007-ci və 2003-2005-ci il təvəllüdlü gimnastlar çıxış edəcəklər.

Təcrübəli gimnastlarla yanaşı, daha aşağı yaşlı gimnastların da çıxış edəcəyi turnirdə iştirakçılar həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Yayın sonuncu gimnastika yarışında Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Macarıstan, Ukrayna və Misirdən olan idmançıların da iştirak edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.