ELM VƏ TƏHSİL


Bədii şüşə sənəti nümunəsi - küp qəbirdə tapılmış badə

Bədii şüşə sənəti nümunəsi - küp qəbirdə tapılmış badə

Bakı, 3 dekabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda erkən orta əsrlər dövrü incəsənətinin maraqlı növlərindən olan bədii şüşə sənəti sahəsinin çoxsaylı nümunələri qorunur. Bunlardan biri 1938-ci ildə İsmayıllı rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı küp qəbirdə tapılmış badədir.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Açıq yaşıl rəngli bu şüşə badə üstdən aşağıya doğru maili qabartmalarla bəzədilib.

Qeyd edək ki, arxeoloji qazıntılar nəticəsində Mingəçevirdə, Şamaxıda, İsmayıllıda, Gəncədə, Qəbələdə, Qarabağda və başqa yerlərdə bədii şüşə sənəti sahəsinin nümunələri aşkar edilib. Vaza, kuzə, piyalə, qədəh, ətir qabı və s. kimi istifadə olunan şüşə məmulatı tapıntıları nəinki çeşid müxtəlifliyi, həm də bədii dəyərləri ilə diqqəti cəlb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.