MƏDƏNİYYƏT
Belarusun tanınmış opera müğənnisi Bakıya gəlir
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş ediləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, operada əsas rollardan biri - Qraf di Luna partiyasını ifa etmək üçün Almaniyanın Manhyem Milli Operasında çalışan Azərbaycanın Xalq Artisti Əvəz Abdullayev dəvət olunub.
Həmçinin səhnə əsərində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, bu ölkənin Xalq Artisti və Dövlət mükafatı laureatı, tanınmış opera müğənnisi Anastasiya Moskvina iştirak edəcək. Belaruslu aktyor operada Leonora partiyasını oynayacaq.
Opera və Balet Teatrının solistləri - Əməkdar artistlər Fərid Əliyev, Əkrəm Poladov, Əliəhməd İbrahimov, gənc solistlər Nina Makarova və Səbinə Əhmədova da operada çıxış edəcəklər.
Səhnə əsəri Əməkdar Artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]