MƏDƏNİYYƏT


Belqradda “Dostluq konserti” təqdim edilib VİDEO

Bakı, 24 oktyabr, AZƏRTAC

Serbiya Milli Muzeyində Azərbaycan və Serbiyanın tanınmış bəstəkarlarının sənət əsərlərindən ibarət “Dostluq konserti” keçirilib.

AZƏRTAC xəbər verir ki, Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və ölkəmizin Serbiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilən konsert gecəsində Serbiya Opera və Balet Teatrının aparıcı solistləri, soprano Yasmina Trumbetaş, soprano Mariya Yeliç, tenor Yanko Sinadinoviç, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, pianoçu, professor Zərifə Əli-Zadə, Belqrad Musiqi Akademiyasının doktorantı, beynəlxalq musiqi festivallarının laureatı, pianoçu Mina Ristiç və səfirliyin əməkdaşı Elvin Əlizadənin (tar) ifaları yer alıb.

Konsert proqramında Qara Qarayev, Tofiq Quliyev, Arif Məlikov, Niyazi, Petar Krstiç, Petar Konyoviç, Cakomo Puççini və Yosif Marinkoviç kimi tanınmış Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.

Konsertdə Serbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan və çalışan azərbaycanlılar iştirak edib.

Konsert Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və ölkə mətbuatında geniş işıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.