MƏDƏNİYYƏT


Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, həmçinin idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər vəzifəli şəxsləri və mütəxəssisləri üçün Nazirliyin Aparatının əməkdaşları tərəfindən “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə”, “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi”, “Kargüzarlıq” mövzularında o cümlədən əmək qanunvericiliyi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu əsasında təlimlər keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimçi qismində Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov, İnsan kapitalının idarə edilməsi şöbəsinin Dövlət qulluğu sektorunun müdiri Emin Qarayev və İnsan kapitalının idarə edilməsi şöbəsinin Dövlət qulluğu sektorunun aparıcı məsləhətçisi Araz Əlizadə çıxış ediblər.

Üç günlük təlimlər zamanı iştirakçılara etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi, dövlət qulluqçularının cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, əmək qanunvericiliyi, dövlət qulluğu və s. məsələlər haqqında ətraflı məlumatlar verilib.

Qeyd edək ki, 3 gün ərzində təlimlərdə ümumilikdə 139 nəfər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.