REGİONLAR


Bərdədə bitkiçilik üzrə məhsul istehsalı artıb

Bərdə, 19 yanvar, AZƏRTAC 

Bərdə rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2018-cı ildə uğurlu nəticələr əldə edilib. Aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət tərəfindən subsidiya verilməsi kənd təsərrüfatının əsas istehsal sahələrindən olan bitkiçiliyin inkişafına stimul verir.

Rayon statistika idarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Qarabağ düzündə yerləşən Bərdə rayonunda 2018-ci ildə 54 min 860 hektarda kənd təsərrüfatı bitkiləri becərilib. Əkin sahəsinin 11 min 230 hektarı buğda, 2628 hektarı arpa, 111 hektarı dən üçün qarğıdalı, 9630 hektarı pambıq, 406 hektarı şəkər çuğunduru, 234 hektarı dən üçün günəbaxan, 192 hektarı kartof, 2549 hektarı tərəvəz, 1104 hektarı bostan, 26 min 776 hektarı yoncadır. Əvvəlki ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 376,5 hektar, yem bitkilərinin əkin sahəsi 2114 hektar, tərəvəz bitkisinin əkin sahəsi 270 hektar, pambıq sahəsi 1111,5 hektar artıb. Bəzi kənd təsərrüfatı bitkilərinin əkin sahəsi azalsa da, hektarın orta məhsuldarlığı yüksəlib.

İl ərzində təsərrüfatlarda 46 min 941 ton buğda, arpa 9171 ton, 25 min 334,4 ton pambıq, 12 min 490,5 ton emal üçün şəkər çuğunduru, 481,7 ton günəbaxan, 2304 ton kartof, 87 min 124,4 ton müxtəlif növ tərəvəz, 27 min 875 ton ərzaq üçün bostan bitkiləri, 9680,1 ton meyvə istehsal edilib. 2018-ci ildə taxıl, pambıq, kartof, tərəvəz, bostan və meyvənin məhsuldarlığı əvvəlki illə müqayisədə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.