REGİONLAR
Bərdədə fermer və aqrar mütəxəssislərin iştirakı ilə təlim keçirilib
Bərdə, 3 fevral, AZƏRTAC
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Bərdənin Lənbəran kəndində yerləşən Kəlbəcər rayonuna məxsus "Taxıl istehsalı və heyvandarlıq təsərrüfatı birliyi"də tarla şəraitində təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisinin, eləcə də Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri “Taxıl əkinlərində xəstəlik və zərərvericilərə, siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” və “Payızlıq taxıl əkinlərinə qulluq işlərinin davam etdirilməsi və yazlıq əkinlərinə hazırlıq işlərinin təşkili” mövzularında təsərrüfat sahibləri ilə söhbətlər aparıblar.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.