REGİONLAR
Bərdədə indiyədək 12 min hektardan çox sahədə taxıl səpini aparılıb
Bərdə, 26 dekabr, AZƏRTAC
Bu il taxıl zəmilərindən bol məhsul götürən Bərdə rayonunun fermerləri və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər.
Bərdə Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 12 min 175 hektar sahədə payızlıq şum qaldırılıb, 8511 hektarda buğda, 2497 hektarda dən üçün arpa, 1018 hektarda isə xəsil üçün arpa səpilib. Havaların əlverişli keçməsindən istifadə edən torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.
Bərdə taxılçıları bu il 11 min 642 hektar taxıl sahəsindən 50 min 170 ton məhsul əldə ediblər. Məhsulun 40 min 52 tonu buğda, 10 min 118 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 44,3 sentner, arpa sahələrində isə 38,9 sentner olub.