REGİONLAR


Bərdədə karantin rejiminin qaydalarını pozaraq yas mərasimlərinin keçirilməsi aşkarlanıb

Bərdə, 26 aprel, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun 5 kəndində sanitar-epidemioloji normaları pozaraq yas mərasimləri təşkil edən şəxslər müəyyən edilib. Qayda pozuntusuna yol vermiş ümumilikdə 24 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.