REGİONLAR


Bərdədə oğurluq edən şəxslər saxlanılıb

Bərdə, 21 aprel, AZƏRTAC

Bir qrup Bərdə rayon sakini mart və aprel aylarında Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onlara məxsus məişət əşyalarının oğurlanması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, daxil olmuş məlumatlar əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Bərdə şəhər sakini Ramin Cəfərov və Mingəçevir şəhər sakini Mətləb İsayev olduğu müəyyən edilib. Onların birlikdə məişət əşyaları və su motorları oğurlamaqla zərərçəkmiş şəxslərə 3 min manat civarında ziyan vurduğu məlum olub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.