REGİONLAR
Bərdədə sahibkarlara “ASAN xidmət” vasitəsilə lisenziyalar verilib VİDEO
Bərdə, 23 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı şəhərində və ölkənin bölgələrində “ASAN xidmət” mərkəzi vasitəsilə lisenziyaların verilməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, noyabrın 23-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bərdədəki “ASAN xidmət” mərkəzində baytarlıq preparatlarının, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının satışı, qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara lisenziyalar təqdim edilib.
Xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddət ərzində baxılması, lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin olunmasından razılıq edən sahibkarlar yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.