REGİONLAR


Bərdədə şəhid Vüsal İsgəndərovun doğum günü qeyd edilib

Bərdə, 11 sentyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış İsgəndərov Vüsal Asdan oğlunun doğum günü Bərdədə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının nümayəndələri şəhidin məzarını və ailəsini ziyarət ediblər. Şəhidin məzarı ziyarət olunan zaman Çələbilər kənd tam orta məktəbinin şagirdləri Vətənə və şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Şəhidin ailəsi ilə görüşdə Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən söhbət açılıb. YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Diqqətə çatdırılıb ki, İsgəndərov Vüsal Asdan oğlu 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə İsgəndərov Vüsal Asdan oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Görüş zamanı şəhidin atası Asdan İsgəndərov və anası Cəmilə İsgəndərova oğulları Vüsalın hərbidəki xidmətlərindən və ömür yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.