DÜNYA
Berlin Aİ-nin dağılmasını artıq o qədər də qeyri-mümkün hesab etmir
Berlin, 9 yanvar, AZƏRTAC
Almaniyanın vitse-kansleri və bu ölkənin iqtisadiyyat naziri Ziqmar Qabriel “Der Spiegel” nəşrinə müsahibəsində bildirmişdir ki, Avropa İttifaqının dağılması tamamilə mümkündür.
Xatırladaq ki, Qabrielin AFR-də qarşıdan gələn kansler seçkilərində Angela Merkelin rəqibi olacağı ehtimal edilir.
Qabriel bildirib ki, Avrozonanın sabitləşməsi məsələsində Berlinin mövqeyi bu zonanı heç vaxt indiki dərəcədə parçalanmış hesab etməyib və indi Aİ-nin dağılması perspektivi namümkün bir hadisə kimi təsəvvür edilmir.
Siyasətçi vurğulayıb: “Bu halda bizim uşaqlarımız və nəvələrimiz bizi lənətləyəcəklər, çünki hazırda istər iqtisadi , istərsə də siyasi baxımdan Aİ-də ən çox mənfəət qazanan tərəf Almaniyadır”.
Nazir Fransanın və İtaliyanın müəyyən defisit çərçivəsində davam gətirmək cəhdlərini Avropa ölkələri üçün siyasi risk adlandırıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin