ELM VƏ TƏHSİL
Berlində “IFA 2016” Beynəlxalq istehlak elektronikası sərgisi keçirilir
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Almaniyanın paytaxtı Berlində “IFA 2016” Beynəlxalq istehlak elektronikası sərgisi öz işinə başlayıb.
AZƏRTAC “Expoclub” beynəlxalq sərgi portalına istinadla xəbər verir ki, sentyabrın 7-dək davam edəcək “IFA 2016” elektronika, məişət texnikası, kompyuter və noutbuklar, telekommunikasiyalar, provayderlər, multimedia texnologiyaları kimi istiqamətləri əhatə edir.
Qeyd edək ki, 1924-cü ildən etibarən hər il keçirilən “IFA” istehlak elektronikası sahəsində dünyada aparıcı innovasiyalar sərgisi hesab olunur. Ötən il sərginin 1645 iştirakçısı və 245 mindən çox ziyarətçisi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]