İDMAN
Berni Ekklstoun: Çalışardım ki, 1000-ci Qran-Pri Silverstounda keçirilsin
Bakı, 11 aprel, AZƏRTAC
Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun qeyd edib ki, əgər təşkilatçıların yerinə olsaydı, o zaman Formula 1 tarixində 1000-ci Qran-Prinin Silverstounda keçirilməsinə çalışardı.
AZƏRTAC xəbər verir ki, Berni Ekklstoun deyib: “Mənim indiki rolum tamamilə başqadır. Mən Formula 1-in fəaliyyətində iştirak etmək istəyirəm. Lakin bunu edə bilməyəcəyimi başa düşürəm. Bu, əhvalımı pozur. Mən paddokdan tanıdığım insanlarla qarşılaşdığıma görə xoşbəxtəm. Promouterlərin əksəriyyəti mənim yaxşı dostlarımdır.
Mən sussam daha yaxşı olar. Lakin mən hələ də Formula 1-ə rəhbərlik etsəydim, o zaman Silverstoundan xahiş edərdim ki, orada çempionat tarixində 1000-ci mərhələnin keçirilməsindən ötrü yarışların vaxtı dəyişdirilsin. Formula 1-in tarixində ilk yürüş məhz orada keçirilib. Əgər təşkilatçılar pul itkisindən qorxsaydılar, o zaman mən zərəri ört-basdır etməyə bir vasitə tapardım”.