İQTİSADİYYAT


Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılır

Bakı, 12 iyul, AZƏRTAC

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılır.

AZƏRTAC xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadə, fəaliyyət planının icrası, məlumatlandırma işinin təşkili məqsədilə bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılır. Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemində bərpa olunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə aşağıdakı rüblük və illik məlumatlar yerləşdirilir:

- stansiyanın layihədə nəzərdə tutulmuş gücü;

- hesabat dövründə stansiyada istehsal olunan elektrik enerjisinin həcmi;

- hesabat dövründə stansiyanın istehsalı nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcmi;

- qənaət olunmuş yanacağa görə karbon qazı kvotasının satışından əldə edilən gəlirin həcmi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.