ELM VƏ TƏHSİL


Beş namizəd İqtisadiyyat İnstitutunun dissertantı olub

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru hazırlığı proqramı üzrə dissertanturasına qəbul üzrə müsabiqə keçirilib.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçən müsabiqədə 12 plan yerinə qarşı 5 nəfər iştirak edib. Hər bir iddiaçının tədqiqat üçün təklif etdiyi doktorluq dissertasiyası mövzusu üzrə dinləmələr və müzakirələr aparılıb. Mövzuların aktuallığı, Azərbaycan iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə tələblərə uyğunluğu, problem mövzular üzrə aparılacaq tədqiqatların mahiyyəti əsas götürülüb.

Müsabiqə komissiyasının qərarına əsasən iddiaçılar AMEA-nın İqtisadiyyat İnstitutunun dissertanturasına qəbul olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.