İDMAN
“Beşiktaş” komandası İngiltərədən futbolçu transfer edir
Bakı, 22 avqust, AZƏRTAC
İstanbulun “Beşiktaş” komandası İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Kevin-Jorj Nkudunu transfer edir.
AZƏRTAC “TRT Spor” kanalının saytına istinadla xəbər verir ki, iyirmi dörd yaşlı futbolçu yaxın günlərdə İstanbula gələcək. Fransalı futbolçunun tibbi müayinədən keçdikdən sonra dördillik müqavilə imzalayacağı gözlənilir. İstanbul təmsilçisi bu transfer üçün “Tottenhem”ə 5 milyon avro ödəyəcək.
Futbolçunun yeni klubda ildə 1 milyon 600 min avro maaş alacağı bildirilir.
İngiltərə komandası K.Nkudunu 2016-cı ildə “Marsel”dən 11 milyon avroya transfer edib. Londonlular Fransanın U-21 millisinin sabiq üzvünü “Börnli” və “Monako” klublarına icarəyə vermişdi. Karyerası boyunca “Nant” komandasının da formasını geyinən futbolçu indiyədək oynadığı 119 matçda 14 qol vurub və 10 məhsuldar ötürmə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]