İDMAN


“Beşiktaş” komandası Türkiyə çempionatında üçüncü pilləyə yüksəlib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Türkiyə Superliqasının XIII turunun sonuncu oyununda “Beşiktaş” komandası “Kayserispor”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda İstanbul komandasının futbolçuları Atiba Hatçinson (20), Gökhan Gönül (30), Burak Yılmaz (41 və 90) topları rəqib qapısından keçiriblər. Qonaqlar bu toplardan birinin əvəzini yalnız 86-cı dəqiqədə çıxıblar. “Kayserispor”un hücumçusu Emanuel Adebayor görüşdə fərqlənib.

Bu oyundan sonra “Beşiktaş” xallarının sayını 24-ə çatdırıb və “Trabzonspor”u qabaqlayaraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib.

Dekabrın 1-də öz meydanında “Qalatasaray”la heç-heçə edən və hesabında 23 xal olan Trabzon şəhərinin təmsilçisi dördüncüdür.

Çempionata 27 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər" klubu 25 xalla ikinci pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.