ELM VƏ TƏHSİL


Beşinci qrant müsabiqəsinə təqdim edilən layihələr təhlil olunub

Bakı, 21 iyun, AZƏRTAC

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə daxil olmuş layihə təkliflərinin texniki ekspertiza mərhələsi yekunlaşıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim edilmiş 971 layihədən 970-i bu mərhələdən uğurla keçib.

Hazırda texniki ekspertizadan keçmiş layihələrin qiymətləndirilməsi aparılmaqdadır. Müsabiqəyə marağın və müraciət sayının ilbəil artmasını nəzərə alaraq, cari ildə prosedurlara yenilik edilərək, qiymətləndirmə zamanı yaranmış sualların aydınlaşdırılması üzrə layihə müəllifləri ilə onlayn görüşlərin keçirilməsinə başlanılıb.

Qaliblərin müəyyənləşdirilməsi prosesinin iyul ayında yekunlaşacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.