CƏMİYYƏT


Beyləqan rayonunda avtomobil su kanalına aşıb

Bakı, 26 aprel, AZƏRTAC

Beyləqan rayonunda avtomobil su kanalına aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beyləqan rayonunun Şahsevən kəndi ərazisində 1-ci Şahsevən kənd sakini A.Səfərov idarə etdiyi “VAZ-21901” markalı avtomobili körpüdən su kanalına aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.