Beyləqanda 36 mənzilli yaşayış binası tikilir
AzerTAg.az
Beyləqan, 22 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqanda istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binası inşa edilir. Yaşayış binasının tikintisi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 fevral tarixli Sərəncamına əsasən həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məhəmməd Əsədov küçəsində inşa olunan bina dördmərtəbəlidir. İki otaqlı mənzillərdən ibarət yaşayış binasında dəmir-beton, hörgü, elektrik işləri başa çatdırılıb. Hazırda binada dam örtüyü və döşəmə vurulur, qapı və pəncərələr qoyulur, suvaq işləri görülür. Binanın həyətində hər biri 100 kubmetrlik yanğın əleyhinə və içməli su anbarı inşa olunacaq, 250 kilovatlıq transformator quraşdırılacaq.
Yaşayış binasının həyətində abadlıq işləri aparılacaq, uşaqlar üçün əyləncə yerləri yaradılacaq.

Xəbərin mətnində orfoqrafik səhv var