REGİONLAR
Beyləqanda “Natəvanın lirik poeziyası” adlı ədəbi-bədii gecə keçirilib
Beyləqan, 17 avqust, AZƏRTAC
Beyləqan rayon Mədəniyyət Mərkəzinin Birinci Şahsevən kənd Diyarşünaslıq evində rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli Birinci Şahsevən kənd kitabxana filialı ilə birlikdə Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Natəvanın lirik poeziyası” adlı ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kitabxana əməkdaşları tərəfindən təşkil olunmuş kitab sərgisi ilə tanış olublar. Sonra şairə, Xan qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.
Tədbirdə Birinci Şahsevən kənd tam orta məktəbin şagirdləri şairənin qəzəllərindən nümunələr səsləndiriblər. Sonra mədəniyyət müəssisəsinin əməkdaşlarının ifasında Natəvanın Aleksandr Düma ilə şahmat oynadığı səhnə təqdim edilib.