REGİONLAR


Beyləqanda su nasos stansiyaları, qurğular təmir edilib, kanallarda təmizlənmə işləri aparılıb VİDEO

Beyləqan, 10 sentyabr, A.Yavər, AZƏRTAC

Beyləqanda suvarma işinin səmərəli təşkili üçün nasos stansiyaları, qurğular təmir edilib, kanallarda təmizlənmə işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azim Kərimovun sözlərinə görə, idarə tərəfindən rayon ərazisində 50539 hektar əkinəyararlı əraziyə xidmət göstərilir. Sahələrin suvarılması mənbəyini Araz çayından götürən Xan qızı kanalı, Kür çayından qidalanan Qarabağ kanalı vasitəsilə aparılır. Ümumilikdə, rayon üzrə 1297,62 kilometr uzunluğunda kanal mövcuddur ki, bunun da 1,58 kilometri borulardan, 148,9 kilometri nov, 132,2 kilometri beton üzlükdən ibarətdir.

Əkin sahələri adətən öz axını ilə gələn kanallarla suvarılır. Əkin sahələrinin 3330 hektarı öz axını ilə suvarılması mümkün olmadığı üçün 7 ədəd nasos stansiyası fəaliyyət göstərir. Bunlardan 6-sı Xan qızı kanalı, 1-i isə Qarabağ kanalı üzərində quraşdırılıb.

Görülən işlər sayəsində 8 min hektardan çox pambıq sahəsi 3-cü və 4-cü dəfə suvarılıb. Həmçinin qarğıdalı yonca və digər əkin sahələrində suvarma işləri yerinə yetirilib. Rayonun daha ucqar ərazilərində isə su çatışmazlığının aradan qaldırılması üçün növbəlilik prinsipinə uyğun olaraq suvarma işləri görülüb.

Fermer Elmir Əsgərov deyir ki, bu mövsüm su sarıdan problem yaranmayıb. O, 65 hektar sahədə qarğıdalı və yonca becərib. Bitkilərin yetişməsi üçün sahələri 4 dəfə suvarıb.

Suvarma işlərinin səmərəli aparıldığını söyləyən rayonun digər sakini Həsən Paşayev isə 7 hektar sahədə pambıq əkib. O da pambığı 3 dəfə suvarıb.

Beyləqan rayon Suvarma Sistemləri İdarəsindən verilən məlumat görə, cari ildə suvarma işlərinin daha keyfiyyətli aparılması üçün 530 kilometr kanal lildən təmizlənib, 2 ədəd nasos stansiyası cari, 3 ədəd körpü isə əsaslı təmir edilir. Bundan başqa, hidrotexniki qurğularda sazlanma və bərpa işləri də yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.