Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Beynəlxalq Əlillər günü ilə əlaqədar əlilliyi olan şəxslərin hazırladıqları xalça nümunələrinin sərgisi təşkil olunub

Bakı, 2 dekabr, AZƏRTAC

3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bir qrup əlilliyi olan şəxsin hazırladıqları xalça nümunələrinin sərgisi təşkil olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyasının, onlara ictimai həyatın bütün sahələrində iştirak imkanları yaradılmasının Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunda başlıca komponentlərdən olduğunu vurğulayıb: “Ölkənin Konstitusiyasında, müvafiq normativ-hüquqi aktlarında əlilliyi olan şəxslərlə bağlı mütərəqqi beynəlxalq standartlara uyğun dolğun hüquqi əsaslar formalaşdırılıb. Azərbaycan bu sahədə mütərəqqi dünya təcrübəsini bölüşən bir ölkə kimi BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasını qəbul edib və bu Konvensiya əsasında müvafiq sahədə qanunvericiliyini və praktiki icra mexanizmlərini təkmilləşdirir”.

S.Müslümov hazırda Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olduğunu diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Ölkəmizdə bu göstərici 2,5 dəfə azdır, yəni respublika əhalisinin təqribən 6 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır”. Nazir bu qəbildən olan insanların sosial təminat sistemi ilə əhatə olunduqlarını, əmək pensiyası və ya aylıq sosial müavinətlə təmin edilənlərin 36 faizə qədərinin əlilliyi olan şəxslər olduğunu bildirib: “Son illərdə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilən əlilliyi olan şəxslərin kateqoriyaları da genişləndirilib. Dövlət başçısının 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərin (əmək pensiyası almayan) də Prezidentin aylıq təqaüdü ilə təmin olunmasına başlanılıb. Ümumilikdə bu gün həmin təqaüdlə təmin olunanların 40,6 min nəfərdən çoxu, yəni 71 faizi əlilliyi olan şəxslərdən - müharibə əlilləri və onlara bərabər tutulanlardan, 20 Yanvar əlilləri və I qrup əlillərdən ibarətdir”. Qeyd olunan sosial ödənişlərin mütəmadi olaraq artırıldığını qeyd edən S.Müslümov bildirib ki, bununla yanaşı, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin ümumilikdə 16,4 min nəfərdən çox uşağına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir.

Nazir əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması yönündə aktiv məşğulluq tədbirlərindən bəhs edərək, özünüməşğulluğun təmin olunması işlərində də onların iştirakına şərait yaradıldığını vurğulayıb: “Bu sahədə ilk layihələrdən biri kimi son illərdə Şamaxı rayonunda bir qrup əlil şəxsin arıçılıq üzrə biznes imkanlarına yiyələnmələrini nəzərdə tutan pilot layihə uğurla nəticələnib. Prezidentin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən hazırda icra edilən özünüməşğulluq proqramı digər vətəndaşlar sırasında əmək potensialları olan əlil şəxslərin də ailə bizneslərini qurmalarına imkan yaradacaq”.

Ölkə qanunvericiliyində əlilliyi olan şəxslər üçün bir sıra güzəşt və imtiyazların təsbit olunduğunu qeyd edən S.Müslümov bildirib ki, buna misal olaraq, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi, I qrup gözdən əlillərə isə 200 faizi həcmində müəyyənləşdirilib. Əmək münasibətləri və məşğulluq sahəsinə dair normativ-hüquqi aktlarda da əlilliyi olan şəxslərə humanist yanaşmaları əks etdirən bir sıra güzəşt və əlavə təminatlar əksini tapıb: “Əlilliyi olan şəxslər dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqlarına malikdirlər. Digər tərəfdən, onların təhsil alması və peşə reabilitasiyası üçün lazımi şəraitin yaradılmasına dövlət tərəfindən təminat verilir və ölkədə inklüziv təhsil sistemi fəaliyyət göstərir”.

S.Müslümov əlilliyi olan şəxslərlə bağlı aparılan işlərdə Heydər Əliyev Fondunun fəal dəstəyini qeyd edib. O, Fondun müvafiq layihələri çərçivəsində gözdən əlil şəxslər və görmə qabiliyyəti zəif insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılmasının, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin qurulmasının bu qəbildən olan şəxslərə qayğıkeşlik nümunəsi olduğunu diqqətə çatdırıb. Nazir həmçinin “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyasının əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı ictimai məlumatlandırmada önəmini vurğulayıb.

“Bizim daim xüsusi diqqət yetirdiyimiz məsələlərdən biri də əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin, yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması və dəstəklənməsidir. Bu məqsədilə nazirlik tərəfindən hər il ümumrespublika səviyyəli tədbirlər keçirilir və təkcə son üç ildə təşkil olunan belə tədbirlərdə 1700 nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq əhatə olunub”, - deyə qeyd edən nazir vurğulayıb ki, əlilliyi olan şəxslər arasında tətbiqi sənət növlərində də istedad və bacarığı ilə seçilənlər az deyil: “Beynəlxalq Əlillər günü ilə əlaqədar nazirlikdə əlilliyi olan şəxslərin hazırladıqları xalça nümunələrinin nümayiş etdirilməsi də həmin insanların yaradıcılıq imkanlarının təbliğinə, maddi və mənəvi dəstəklənməsinə xidmət edir”.

"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev bildirib ki, rəhbəri olduğu təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli xalçaçılıq sənətinin inkişafı və əlillərin məşğulluğu üçün Peşə Emalatxanasının yaradılması” layihəsini icra edir. Layihə çərçivəsində Sumqayıt şəhərində və İsmayıllı rayonunda bir qrup əlilliyi olan şəxsə milli xalçaların toxunması və bərpası üçün lazımi avadanlıqlar verilməklə, onların məşğulluğu dəstəklənib. Layihə üzrə həmçinin tanınmış xalçaçı rəssamlar tərəfindən onlara müvafiq təlimlər keçilib, xalçaçılığın sirləri onlara aşılanıb. Hazırda təqdim olunan xalçalar da həmin əlilliyi olan şəxslərin əl işləridir.

Sərgidə nümayiş olunan xalça nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib