İQTİSADİYYAT
Beynəlxalq Bank faizsiz alış-verişin aparıla bilinəcəyi iri mağazalar şəbəkəsi yaradır
Beynəlxalq bankdan AZƏRTAC-a bildirilib ki, bank faizsiz alış-verişin aparıla bilinəcəyi iri mağazalar şəbəkəsi yaradır.
Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin rəhbəri Behnam Qurbanzadə bu barədə məlumat verərək deyib: “Biz ticarətin maliyyələşdirilməsini nəzərdə tutan “Murabaxa” kartını təklif edirik. Hazırda böyük mağazalar şəbəkəsi yaradırıq. Müştərilərimiz bu şəbəkə daxilində uzunmüddətli, faizsiz kreditlərdən bəhrələnə biləcəklər. Əgər malın qiyməti min manatdırsa, mal elə həmin qiymətə də alınacaq və 6-12 ay müddətində məbləğ hissə-hissə ödəniləcək. “Murabaxa” kartı İslam bankçılığı tələblərinə tamamilə cavab verir və faizləri yoxdur”.
Departament Azərbaycan vətəndaşlarına İslam bankçılığı barədə düzgün məlumat çatdırmaq üçün də işlər aparır.