MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzi qolça qopuz haqqında mühazirəni təqdim edib

Bakı, 30 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzi “Qədim milli alətlərimiz” rubrikasından qolça qopuz haqqında mühazirəni təqdim edib .

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov bu alət haqqında aparılan tədqiqatlardan danışıb. Qeyd edib ki, mərhum tədqiqatçı alim Məcnun Kərimovun fikrincə, Dədə Qorqudun qolça qopuzu adından da göründüyü kimi qolda gəzdirilib. Deyilənə görə, qolça qopuzu Dədə Qorqud icad edib. Qopuz üç simli imiş, burada üç sim o dünyanı, yerüstü aləmi və kainatı bildirir. Hər bir alət dövrün tələbinə görə inkişaf edib. IX əsrdə qopuzun qolu uzadılıb, hər simin yanına biri əlavə olunub.

Bugünkü qopuz aləti də günün tələbinə görə təkmilləşdirilib. Qolça qopuz Beynəlxalq Muğam Mərkəzinin “Qədim milli musiqi alətləri” ekspozisiyasında nümayiş olunur.

Xatırladaq ki, Mərkəz elmi tədqiqat və araşdırma yönlü fəaliyyəti çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib və bu fəaliyyət uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.