SİYASƏT


Beynəlxalq Türk Akademiyasının prezidenti Ermənistan tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumatlandırılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da qarşı tərəfin təşəbbüsü əsasında Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin ikinci humanitar atəşkəsə baxmayaraq ötən gün Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu, eləcə də gün ərzində Tərtər bölgəsində yerləşən pambıq emalı zavodu daxil olmaqla mülki infrastrukturu atəşə tutduğunu bildirib. Nazir Ceyhun Bayramov Azərbaycanın Gəncə şəhərinə Ermənistan tərəfindən edilən raket hücumu və mülki şəxslərin hədəf alınmasını müharibə cinayəti olduğunu, Ermənistan rəhbərliyinin bu cinayətə görə məsuliyyət daşıdığını vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli mülki şəxslərin həyatını itirməsi ilə əlaqədar görə Azərbaycana başsağlığını ifadə edib. O, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin məqsədyönlü şəkildə raket atəşinə tutulmasını qəti şəkildə pislədi və mülki şəxslərin və infrastrukturun hədəf almağın qəbuledilməz olduğunu vurğulayıb. Darxan Kıdırəli münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyi üçün Beynəlxalq Türk Akademiyasının prezidentinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.