İQTİSADİYYAT
Beynəlxalq Valyuta Fondu ilə Azərbaycanın gələcək inkişaf planları müzakirə edilib
Bakı, 10 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan arasında texniki əməkdaşlıq sahəsində mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 10-da maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının yeni rəhbəri Natalia Tamirisa ilə görüşüb. Görüşdə Azərbaycan üzrə missiyanın keçmiş rəhbəri Məhəmməd əl-Qorçi də iştirak edib.
Tanışlıq xarakteri daşıyan görüşdə BVF ilə Azərbaycan arasında texniki əməkdaşlıq sahəsində mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb. Həmçinin ölkədə makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğu, əlverişli biznes və investisiya mühitinin yaradıldığı qeyd olunub.
S.Şərifov N.Tamirisaya gələcək fəaliyyətində uğurlar arzulayıb, BVF ilə Azərbaycan arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.