İQTİSADİYYAT


“Beynəlxalq Yaşıl Həftə 2020” sərgisində Azərbaycanın 11 şirkəti məhsullarını nümayiş etdirəcək

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 17-26-da Almaniyanın paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi keçiriləcək. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, dünyanın 70-dən çox ölkəsindən 1500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.